IQNA

Amerika Təslim layihəsinin (Capitulation – şərtli olaraq təslimçilik) Əfqanıstanda icrası

7:57 - March 14, 2012
Xəbər sayı: 2291410
Beynəlxalq şöbə: Əfqanıstan Milli Məclisinin Qəndəharda qətliam (soyqırım) törətmiş amerikalı əsgərin açıq mühakiməsini tələbinin ardınca Amerikanın Müdafiə nazirliyi (Pentagon) bu tələblə müaxlifət etdi. Bu isə Amerika capitulationunun Əfqanıstanda icrası deməkdir. (Capitulationa əsasən Amerikanın (coğrafi və ya iqtisadi) işğalında olan heç bir ölkə Ameika vətəndaşalrını mühakimə edə bilməz).
İQNA xəbər agentliyinin “ABC” telekanalına istinadən verdiyi xəbərə görə Pentagonun sözçüsü “Corc Little” mart ayının 12-də bu əsgərin Əfqanıstanda mühakimə olunma ehtimalını rədd edərək dedi: Bu əsgər və hadisəyə aid istintaq və mühakimə Amerika vasitəsilə həyata keçəcək.
Bir halda ki, Əfganıstan Milli Məclisi dünən bu hadisəni rəhimsizlik və vəhşilik adlandıraraq bildirib ki, artıq, xarici silahlı qüvvələrin zülmləri qarşısında Əfqan xalqının səbr kasası daşıb.
Milli Məclis bu cinayəti törədənlərinin Əfqan xalqı qarşısında açıq mühakimə olunmalarını istəyib.
Əli Sirac – Əfqan tayfalarının milli vəhədət koalisiya rəisi, dedi: Bu cinayətkar əsgərin Amerikada mühakiməsi Əfqan xalqının alovlanmış qəzəbini soyutmayacaq.
O, təkid etdi: Amerika Əfqan xalqının tələbinə əməl etməli və bu əsgəri mühakimə üçün Əfqanıstan dövlətinə verməldir ki, onun haqqında ədalət icra olunsun.
Xatırladırıq ki, mart ayının 11-də amerikalı bir əsgər Qəndəharda yerləşən Amerika qüvvələrinin döyüş bazası yaxınlığındakı kəndlərdəb birinə hücüm edərək, dəhşətli bir cinayətdə 16 nəfər mülki sakin, o cümlədən 9 uşağı qətlə yetirmiş və 5 nəfəri də yaralaməşdır.
971085


captcha