IQNA

Seyid Həsən Nəsrullahın İslam dünyasındakı məhəbbətinin sirri: "Müqavimət mədəniyyətinin vəhdət yaratmasındadır

15:57 - May 02, 2012
Xəbər sayı: 2317117
Beynəlxalq qrup: Seyid Həsən Nəsrullahın Müqavimət mədəniyyətinin vəhdət yaratma mahiyyətindən istifadə edərək Sünni və Şiələr arasında birlik yaratmağa çalışması onun İslam dünyasında və İslam dışında sevilib-seçilməsinə səbəb olmuşdur.
İQNA xəbər agentliyinin verdiyi xəbərə görə aprel ayının 15-də Seyid Həsən Nəsrullahın – Livan Hizbullah Hərəkatının baş katibi, şəxsiyyətinin və düşüncələrinin öyrənilməsi istiqamətində toplantı keçirilmişdir. Toplantıda Hüseyn Ruyuran – Fələstin xalqının müdafiəsi cəmiyyətinin siyasi və beynəlmiləl muavini, Məhəmməd Bərcavi – Hizbullahlın Livan parlamentinde köhnə nümayəndəsi, Məhəmməd İrani – İİR-in Livandakı sabiq səfiri, Məhəmmədəli Muhtədi – Orta şərq məsələləri üzrə müşahidəçi, iştirak etmişlər.
Hüseyn Ruyuran: "Seyid Həsən Nəsrullah Nəcəf dini-elmi hövzəsində Seyid Məhəmmədbaqir Sədr kimi şəxsiyyətlərdən istifadə etmiş və onlardan təsirlənmişdir".
Məhəmməd İrani: "Seyid Həsən Nəsrullahın düşüncələri İmam Xomeyni, İmam Musa Sədr kimi şəxsiyyətlərdən ilham alaraq formalaşmışdır".
Toplantıda Seyid Həsən Nəsrullahın şəxsiyyətinin bir dini-ictimai və siyasi xadim kimi formalaşmasında onun yaşadığı, təhsil aldığı mühit və irtibatda olduğu şəxsiyyətlərin və habelə İmam Hüseyn (ə) məktəbinin əsas rol oynadığl önə çəkildi və onun vəhdətə çağırışı Qurandan ilham alınmış bir addım kimi qiymətləndirildi.
Həmçinin onun Sionist rejimi ilə mübarizə dövrü və bu rejimin üzərində qələbələri və qələbnin amillərindən söhbət açıldı.
986055







captcha