
IQNA - "Qüds” günü təşkil olunan aksiyalarda iştiraka toxunan imam cümə bildirib: "Bu işin 2 əsas səbəbi vardır. Biri imam Əlinin (ə) vəsiyyətinə əsasən zülmə yox deməkdir. Digəri isə, islam ümmətinin vəhdətinin göstəricisidir. Müsəlmanların torpaqlarından biri, 67 il öncə işğala məruz qalb. Biz bir ümmətik və onların yalğızlığını hiss etməyə bilmərik. Biz bu yürüyüşlərdə iştirakımızla demək istəyirik ki, əlimizdən bir şey gəlməsə də, bu məsələnin unudulmasına icazə verməyəcəyik. Çünki bu, beynəlxalq bir məsələdir. Biz, Fələstin məsələsinin ərəblərin məsələsinə çevrilməsinə icazə verməyəcəyik. Xalqımız aksiyalarda iştirak etməklə imperialist qüvvələrə demək istədi ki, siz İŞİD-i və təkfirçi qrupları yaratmaqla bu məsələnin unudulmasını istədiniz, lakin biz, buna icazə verməyəcyik. Bu aksiyalarda iştirakın üçüncü səbəbi isə, Quranın da göstəriş verdiyi bir məsələdir. O da hegamonçuluğa və təkəbbürlüyə nifrət etməkdir. Əslində bu məsələ bütün dinlərdə bəyan olunan bir haldır. Bütün peyğəmbərlər İlahi rəhbərçiliyi təbliğ edərək, tağuta yox deyiblər. Rəhbərimizin dediyi kimi, ABŞ ən böyük tağutdur və İsrail, bu rejimin qeyri qanuni övladıdır. Beləliklə xalqın "ölüm olsun İsrailə” şüarında"ölüm olsun ABŞ-a” şüarı da gizlidir.”
Bu aksiyalarda iştirakın digər səbəblərinə də toxunan Ayətullah Xatəmi "Digər səbəb, Allah yolunda qəzəblənməkdir. Mömin Allah yolunda düşmənlərə qəzəblənməlidir. Digər məsələ isə, vilayəti-fəqihlə beyəti təzələməkdir. Bu günün banisi mərhum imam Xomeynidir ki, rəhbərimiz də onu davam etdirir. Ölkə rəhbərliyi xalqı etirazlarda iştirak etməyə dəvət etdi, siz də qəbul etdiniz. Siz bu addımla imam Zaman (ə) naibinə ləbbeyk dediniz.”, - deyə əlavə edib.
Dünyada tapdalanan insan haqlarına toxunan imam cümə bildirib: "İnsan haqları şüarı verənlər, bütün cinayətlərin səbəbkarıdırlar. Anti-terror şüarlar verənlər, terrora dəstək verənlərdirlər. Heç kim təkfirçi qrupların ABŞ tərəfindən yaradıldığını və Sionist rejimi tərəfindən dəstək olunduğunu dana bilməz. Yetişdirdikləri bu ilahlar bir gün özlərini sancacaqdır. Rəhbərimiz, Türkiyə prezidentinə İŞİD-dən neft almaqla bağlı xəbərdarlıq etmişdi. Bu gün Türkiyənin İŞİD-ə olan dəstəyinin nəticələrini görürük. Biz heç bir insan ölümünə sevinmirik, lakin bu ölkələrdən ayıq olmalarını istəyirik. Hələ də gec olmamış bu qrupları dəstəkləməkdən əl çəkin.”
Ərəbistan və Bəhreyinin İsrail rejimi tərəfindən vəzifələndirildiyini deyən İmam cümə "Ərəbistan mübarək Ramazan ayında belə Yəmən xalqını bombalayır və bazar ertəsi 80 nəfərin ölümünə səbəb oldu. İranlıları həccdən məhrum edir və Mina faciəsini həyata keçirirlər. Onların hərəmə xidmət etmək ləyaqəti yoxdur. Həcc onların nəzarətindən çıxmalıdır. Bəhreyn də öz növbəsində, vətəndaşlarının həbsxanasına çevrilən bir ölkədir. Rejim Şeyx İsa Qasimin vətəndaşlığını ləğv edib. Bir halda ki, bu alim, 77 il öncə Bəhreyndə dünyaya göz açıb. Lakin Bəhreyn kralları ərəbistanlıdırlar və ingilislər Səudiyyənin yardımı ilə onları hakimiyyətə gətiriblər. Vətəndaşlığın ləğv olunmasına qalsa, ilk öncə onların vətəndaşlığı ləğv olunmalıdır. Onlara açıq-aşkar deyirik: Sizi İran şahının aqibəti gözləyir. Xalqı ilə bu cür davranan bir şah, tezliklə məhv olacaqdır.”, -deyə qeyd edib.
İslamazeri