IQNA

Uşaqlar Quran ayələrini səhnələşdirdilər – Foto

18:08 - June 09, 2020
Xəbər sayı: 3487371
Tehran (IQNA) -  Quran maarifinin asan dərk edilməsi, məfhum və mənaların müxatəbə daha tez ötürülməsi üçün ilk dəfə ayələr uşaqlar tərəfindən səhnələşdirildi.  

Bu iş Misrli fotoqraf Məhəmməd Atifin təşəbbüsü ilə həyata keçirilib. O, Quran ayələrini səhnələşdirən uşaqların şəkilini çəkir və daha sonra mənası səhnələşdirilmiş ayənin özünü fotonun altından yazaraq sosial şəbəkələrdə paylaşır.

Bu iş uşaqlar, yeniyetmələr, cavanlar və hətta yaşlı insanlara Quran ayələrinin məna və məfhumu asan və düzgün anlamaqda kömək edir.

Məhəmməd Atif deyib: Bəzi Quran ayələrinin mənası uşaqların onları daha asan və doğru dərk etməsi üçün canlandırmaq istədim. Bu işi ilə uşaqların vasitəsi ilə həyata keçirdim. Layihəm uşaqlar və hətta böyüklər arasında sürətlə yayılmağa başladı. İnsanlar bu işimi Quran ayələrini asan dərk etmək üçün faydalı hesab etdilər.

O əlavə edib: Layihəmin icrası üçün 10 yaşından yuxarı uşaqlardan kömək aldım. Onların mənim ideyamı yaxşı dərk edir və xoşhallıqla yerinə yetirirdilər. Quran ayələrini səhnələşdirməkdə mənə kömək edən uşaqlar öz dostlarını Qurani dəyərlərə riayət etməyə dəvət edirlər. 3903826

کودکان؛ تصویرساز آیات قرآن در مصر + عکس

هَمَّازٍ مَشَّاءٍ بِنَمِيمٍ

Çox eyb axtarana, pis danışana və söz gəzdirənə

Qələm surəsi, ayə:11.

کودکان؛ تصویرساز آیات قرآن در مصر + عکس

عُتُلٍّ بَعْدَ ذَلِكَ زَنِيمٍ

Və bundan (bütün bu çirkin sifətlərdən) savayı kobuda, daş ürəkliyə və əsli-kökü bilinməyənə!

Qələm surəsi, ayə:13.

کودکان؛ تصویرساز آیات قرآن در مصر + عکس

وَدُّوا لَوْ تُدْهِنُ فَيُدْهِنُون

Çünki, onlar çox istəyirlər ki, (sən) yumşaqlıq göstərəsən və sazişə girəsən onlar da yumşaqlıq göstərsinlər və səninlə saziş etsinlər.

Qələm surəsi, ayə:9.

captcha