IQNA

İmam Rzanın (ə) mübarək hərəminin bayrağı dəyişdirildi | Foto

12:34 - October 21, 2020
Xəbər sayı: 3488417
Rəbiül-əvvəl ayının 3-ü səhər saatlarında Məşhəd şəhərində yerləşən İmam Rza (ə) hərəminin mübarək günbəzi üzərindəki qara bayraq 2 aylıq matəm günlərindən sonra, yaşıl bayraqla əvəzlənib.

Rəbiül-əvvəl ayının 3-ü səhər saatlarında Məşhəd şəhərində yerləşən İmam Rza (ə) hərəminin mübarək günbəzi üzərindəki qara bayraq 2 aylıq matəm günlərindən sonra, yaşıl bayraqla əvəzlənib.
Hərəmin günbəzinin üzərindəki bayrağın, minarələrinin və İmam Rzanın (ə)  zərihinin qara örütüyünün dəyişdirilməsi üçün o həzrətin hərəmində xüsusi mərasim keçirilib. 
Hərəmin xadimlərinin, alimlərin və zəvvarların iştirak etdiyi mərasimdə, bayrağın dəyişdirilməsi mərasimi xüsusi dualarla həyata keçirilib.
Qeyd edək ki, İmam Rzanın (ə) hərəminin günbəzinin bayrağının dəyişdirilməsi mərasimi İmam Rzanın şəhadətindən 3 gün sonra Rəbiül-əvvəl ayının 3-də həyata keçrilir. Matəm bayrağı hərəmin günbəzində Məhərrəm-Səfər əyyamı ərizində 63 gün dalğalanır.  /3472895

 

 
 
captcha