IQNA

Türkiyədə birdəfəlik səccadələrin satışı çoxalıb | Foto - video

17:21 - October 27, 2020
Xəbər sayı: 3488472
Tehran (IQNA) – Koronavirus pandemiyasının yayılmasının ardınca bir sıra Ərəb ölkələri və Türkiyədə birdəfəlik səccadə (namaz xalçası) istehsalı və satışı çoxalmışdır.

Koronavirus pandemiyasının yayılmasının ardınca bir sıra Ərəb ölkələri və Türkiyədə birdəfəlik səccadə (namaz xalçası) istehsalı və satışı çoxalmışdır.

Bunun səbəbi isə koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədi ilə namazqılanların ictimai yerlərdə və məscidlərdə şəxsi ibadət əşyalarından istifadə etməsinə olan ehtiyacdır.

Türkiyə hazırda çox sayda birdəfəlik səccadələr istehsal edərək ölkə daxilində və xaricdə satışa çıxarır. Bu səccadələr Ərəbistan, BƏƏ, İraq, Qətər və digər ərəb ölkələrinə ixrac edilir.

Bu səccadələrin uzunluğu 115 sm, eni 60 sm və cibə yerləşəcək qədər zərifdir.

Cib səccadələri təkcə koronavirus pandemiyası dövrü üçün deyil, həm də turizm səfərləri üçün nəzərdə tutulmuşdur.  /3931317

Müsafir Səccadəsi | VIDEO

فیلم | کرونا و تجارت ترکیه با سجاده یک‌بار مصرف

فیلم | کرونا و تجارت ترکیه با سجاده یک‌بار مصرف

 

captcha