IQNA

Rus rəssamın çəkdiyi ikona Londonda ağlasığmaz qiymətə satılıb

9:50 - November 29, 2020
Xəbər sayı: 3488741
Rus rəssam Mixail Nesterovun (1862-1942) "Əllə hazırlanmayan xilaskar" ikonası "Bonhams" hərrac evi tərəfindən təşkil olunan rus incəsənəti nümunələri alqı-satqısında 56,5 min funt sterlinqə satılıb.

Rus rəssam Mixail Nesterovun (1862-1942) "Əllə hazırlanmayan xilaskar" ikonası "Bonhams" hərrac evi tərəfindən təşkil olunan rus incəsənəti nümunələri alqı-satqısında 56,5 min funt sterlinqə satılıb.

Rus rəssamının əsərinə verilən məbləğ satışı üçün təxmin olunan qiymətdən demək olar ki, iki dəfə az olub.

Hərrac kataloqunda deyildiyi kimi, ikona Nesterovun Moskvadakı Marfo-Mariinski Mərhəmət Monastırının qərb fasadını bəzədiyi mozaikanın daha kiçik bir versiyasıdır.

Hərracın ən qiymətli, 75,25 min funt sterlinqə satılan əsəri Mixail Larionovun (1881-1964) "Balıq və gül natürmort"u olub.

Eyni qiymətə "Karl Faberje" zərgərlik şirkətinin nefrit, qızıl və platindən düzəltdiyi saat satılıb. Aleksandr Moravovun (1878-1951) 1910-cu ildə çəkdiyi "Heyvanların su içdiyi yerdə" rəsminə isə alıcı 69 min funt sterliq pul ödəyib. /sputnik.az

captcha