IQNA

Qarabağ və Müqavimət Şəhidlərinin ilk anım mərasimi keçirilib

İranın Tehran əyalətinin Rey şəhərində yerləşən Şah Əbdüləzim (ə) ziyarətgahında Qarabağ və Müqavimət şəhidlərinin ilk anım mərasimi keçirilib.

Ziyarətgahın Şeyx Səduq (r.ə) adına toplantı zalında keçirilən mərasimdə dövlət rəsmiləri, tanınmış ictimai şəxsiyyətlər, din alimləri, dini elmi hövzə tələbələri və yerli əhali iştirak edib.