IQNA

Ərəb dünyasının ilk qadın kosmonavtının adı açıqlandı

0:38 - April 13, 2021
Xəbər sayı: 3489609
Kosmik proqramda iştirak üçün 4305 nəfər ərizə vermişdi. Seçmə turunun nəticələrinə əsasında 14 namizəd seçilmişdi. Məhəmməd bin Raşid Kosmik Mərkəzinin komitəsi 2 qalibi seçib.

BƏƏ-də ölkə tarixinin ilk qadın kosmonavtının adı açıqlanıb – Nura əl-Matruşi.

O, NASA-nın astronavtların hazırlıq proqramı üzrə təlim keçəcək.

Proqramda iştirak üçün ikinci kosmonavt isə Məhəmməd əl-Malə olacaq.

Yeni kosmonavtlar təxminən 4 min namizəd arasından seçilib.

Qeyd edilir ki, Nura əl-Matruşi ərəb dünyasından olan ilk qadın kosmonavt olacaq.

2 yeni kosmonavt məşhur astronavtlar olan Həzza əl-Mənsuri və Sultan əl-Nəyyədi – Beynəlxalq Kosmik Stansiyaya uçmuş ilk BƏƏ-li və onun dublyoru ilə eyni komandaya daxil olacaqlar.

Qeyd edək ki, son bir neçə ildə BƏƏ milli kosmik sektoruna 22 milyard dirhəmdən çox pul sərf edib. Yeni kosmonavt komandası NASA-nın Conson adına kosmik mərkəzində təlim keçəcək. Onlar kosmik uçuş və missiyaların idarə edilməsi, o cümlədən də açıq kosmosa çıxış və orada olmaq, robot-texnikasının idarəsi, həmçinin rus dilini öyrənəcəklər.

Kosmik proqramda iştirak üçün 4305 nəfər ərizə vermişdi. Seçmə turunun nəticələrinə əsasında 14 namizəd seçilmişdi. Məhəmməd bin Raşid Kosmik Mərkəzinin komitəsi 2 qalibi seçib. / Şəfəqna

captcha