IQNA

Ayətullah Rəşad:

Əli (ə) və Fatimə (s.ə) evliliyi “varlıqşünaslıq ölçüsünə” malikdir

15:18 - May 23, 2026
Xəbər sayı: 3500387
İQNA – Tehran vilayətinin Hövzələr Şurasının rəhbəri, Həzrət Əli (ə) və Həzrət Fatimə Zəhra (s.ə) evliliyinin ildönümü münasibətilə etdiyi çıxışda bu hadisənin “varlıqşünaslıq (ontoloji) dəyəri” olduğunu vurğulayıb və bildirib: bu evliliyin ən mühüm bərəkəti şəriətin qorunması və bəşəriyyətin nicatı üçün zəmin yaratmasıdır.

“İQNA”‑nın İmam Rza (ə) Hövzə Kompleksinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi xəbərə görə, Ayətullah Rəşad bu gün – Zilhiccə ayının ilk günü – Əmirəlmöminin Əli ibn Əbi Talib (ə) və Həzrət Fatimə Zəhra (s.ə) evliliyinin ildönümü münasibətilə etdiyi çıxışda belə deyib:

“Bu hadisəni təkcə tarixi və ya ailəvi bir olay kimi qiymətləndirmək olmaz; bu, varlığın mətnində baş vermiş və ‘həqiqi ontoloji ölçüyə’ malik bir hadisədir və yaradılış nizamı çərçivəsində təfsir olunmalıdır.”

Tehran Hövzələri Şurasının rəhbəri bu evliliyin saysız‑hesabsız bərəkətlərinə işarə edərək, onların ən mühümünü “şəriətin və dinin qorunması” adlandırıb və əlavə edib:

“Şiə tarixinin, hətta şiə məzhəbinin hüdudlarından kənarda – əhli‑sünnə arasında belə – bu evlilikdən yaranan nəsilə borcu var. Çünki dini qoruyanların böyük əksəriyyəti seyidlər olmuş və onların nəsəbi Allah Rəsuluna (s) qayıdır.”

O bildirib: “Quranın ilk təfsirçiləri, böyük fəqihlər və hədis raviləri məhz bu nəsildən çıxmışdır. İnsanlığa çatan bütün elm və maarif bu ailə və onların yetişdirdiyi şagirdlər vasitəsilə sonrakı nəsillərə ötürülmüşdür.”

Ayətullah Rəşad daha sonra “hikmətin iki qolu” məsələsini izah edərək deyib:

“Peyğəmbər Əkrəm (s) kitab və hikməti birlikdə qoyub getdi; hikmətin bir qolu nəbəvi hikmətdir, digər qolu isə ilahi hikmətdir ki, tarix boyunca Əli və Fatimə (ə) və onların övladları vasitəsilə bəşəriyyətə çatdırılıb.”

İmam Rza (ə) Hövzə Kompleksinin rəhbəri vurğulayıb:

“Əli və Fatimə (ə) evliliyi adi bir ailə müqaviləsi deyil; bu, varlıq və tarix səviyyəsində bağlanmış bir əhd‑peyman olub, bütün bəşər tarixində təsir buraxmışdır. Bu mübarək evliliyin bəhrəsi ‘Kövsər’ – yəni böyük xeyirdir və həmin Kövsərin davamı bəşəriyyəti zülmətdən nura çıxarmağın zəminini hazırlayacaq.”

4352866

captcha