“İQNA”-nın “əl-Kəfil” portalına istinadən verdiyi xəbərə görə, Mərkəzin Quran Mədəniyyəti və Təbliğ Şöbəsi bu onlayn kursu təşkil edib və kursda İraqdan və digər ölkələrdən ümumilikdə 180 tələbə iştirak edib.
Mərkəzin direktoru Şeyx Hüseyn ət-Turabi bildirib ki, kurs Quran elmlərinə dair dərslər və elmi müzakirələrlə müşayiət olunub.
Ət-Turabi qeyd edib ki, mərkəz bu kursda dərs vəsaiti kimi Seyid Riyaz əl-Həkimin “Quran Elmlərində Metodologiya Dərsləri” adlı kitabını seçib. Bu seçim kitabın elmi dəqiqliyinə əsaslanıb. Tələbələr öyrəndikləri mövzuları düzgün mənimsəmək və tətbiq etmək üçün ixtisaslı müəllimlərin nəzarəti altında canlı müzakirələrdə iştirak ediblər.
O əlavə edib ki, kursun məqsədləri arasında tədqiqatçıların və tələbələrin elmi bacarıqlarının inkişafı, Quran mətninin və Quran elmlərinin düzgün anlaşılması üçün sağlam elmi metodologiyanın yayılması, həmçinin möminlərin görkəmli alim və fəqihlərin nəzərləri ilə tanış edilməsinin təşviqi yer alır.
Kurs Quran elmlərinin əsas mövzularını, onların tarixini, Quranın möcüzəliyini, Quranın təhrifdən qorunmasını və təfsir prinsiplərini əhatə edib. Bu proqram Nəcəfdəki “Mirasul-Ənbiyə (ə) Hövzə Araşdırmaları Mərkəzi”nin tədqiqatçılara və tələbələrə xidmət məqsədilə həyata keçirdiyi elmi kurslar silsiləsinin bir hissəsi olub.
4353826