İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə 28-ci Beynəlxalq Vəhdət Konfransının yaxınlaşdığı ərəfədə bu konfransın mətbuat toplantısı yanvar ayının 7-də İslami Məzhəblərin Yaxınlaşması Ümumdünya Birliyinin Baş Katibi Ayətullah Ərakinin iştirakı ilə keçiriləcək.
Toplantıda İslami Məzhəblərin Yaxınlaşması Ümumdünya Birliyinin Baş Katibi Ayətullah Əraki 28-ci Beynəlxalq Vəhdət Konfransının proqramları açıqlayacaq.
28-ci Vəhdət Konfransının mətbuat toplantısı həftənin ikinci günü yanvar ayının 7-də saat 10:30 –da keçiriləcək.
Bu xəbərə görə 28-ci Beynəlxalq Vəhdət Konfransı “Qurani-Kərim və onun İslam Ümmətinin vəhdətində rolu” mövzusu ilə keçiriləcəkdir. Konfransda İslam dünyasının 400 – dən çox alim və nüfuzlu şəxsiyyətlərinin iştirakı gözlənilir.
28-ci Beynəlxalq Vəhdət Konfransı 2013-cü ilin yanvar ayının 17 və 18-cü günlərində keçiriləcəkdir.