İQNA İran Quran xəbər agentliyi 27-ci Beynəlxalq Qurani-Kərim müsabiqəsinə qatılmış qırğızıstanlı nümayəndə ilə söhbətləşib. Jumbek Kurbanlı Ulu deyib: “İkinci dəfədir ki, Beynəlxalq Quran müsabiqəsində iştirak edirəm. İlk dəfə ötən il Moskva müsabiqəsində olmuşam.” Kurbanlı Ulu Qurani-Kərimi dörd ilə əzbərləyə bilib. Ötən il Moskva müsabiqəsində 6-cı yeri tutub. Qırğızıstanlı nümayəndə İran müsabiqəsinin daha professional olduğunu, bu müsabiqədə fərqlənməyin çətinliyini bildirib.
612779