İQNA İran Quran İnformasiya Agentliyi Tehranda sərginin keçirildiyi salondan xəbər verir ki, hər dil üzrə hazırlanmış tablolarda dil, həmin dildə danışan xalqlar, onların sayı, müsəlmanların sayı, tam tərcümələrin sayı, ilk tərcüməçi, ilk tərcümə tarixi, ən yaxşı tərcamələr haqqında məlumat verilir. Məsələn, ingilis dilinə aid tabloda göstərilir ki, İngiltərə, Amerika, Kanada, Avstraliya kimi ölkələrdə 10 milyondan çox müsəlman ingiliscə danışır. İngiliscə ən məşhur tərcümə Abdullah Yusif Əlinin və Mir Əhməd Əlinin tərcümələridir. Quran ingilis dilinə ilk dəfə 1648-ci ildə Londaonda Aleksandr Ras tərəfindən tərcümə edilib.
640052