IQNA

İmam Sadiq (ə) şəhadəti münasibəti ilə Küveytdə əzadarlıq mərasimi təşkil olunb

13:39 - October 06, 2010
Xəbər sayı: 2007782
Beynəlxalq şöbə: Ötən gün Kuveytdə İmam Sadiq (ə) şəhadəti münasibəti ilə əzadarlıq mərasimləri təşkil olunub.
İQNA Quran xəbər agentliyinin Küveytin «Əl-Qəbs» qəzetinə istinadən məlumat verir ki, ötən gün İmam Sadiq (ə)-ın əzadarlıq mərasimi Küveytin Əl-dəiyyə regionunda “Əl-Rəsul-ul-Əkrəm” hüseyniyyəsində təşkil olunub. Bu mərasimdə Əli Əl-Səmavi İmam Sadiq (ə)-ın əxlaqi dəyərlərindən danışıb.
Əl-Səmavi deyib ki, İmam Sadiq (ə) öz cəddi Nəbiyyi-Əkrəm (s) kimi İslam ümmətinin hidayət çırağıdır və Cəfəri məktəbini təsis edib və alimlər bu imamın məktəbindən dərs alıb.
Səudiyyə Ərəbistan , Bəhreyn və Qətər şiələri də ötən gün İmam Cəfər Sadiq (ə)-ın şəhadəti münasibəti ilə əzadarlıq mərasimləri təşkil ediblər. 668711
captcha