IQNA

Fransa müsəlmanlar şurası bu ölkədə Quranın yandırılmasını tənqid ediblər

9:47 - October 07, 2010
Xəbər sayı: 2008108
Beynəlxalq şöbə: Fransa müsəlmanlar şurası (CFCM) ötən gün bəyanat yayaraq İstrazburqda fransalı şəxsin Quranı yandırmasını və bu çirkin hərəkətini internet səhifəsində yaymasını tənqid edib.
İQNA Quran xəbər agentliyinin AFP Fransa rəsmi agentliyinə istinadən məlumat verir ki, Fransa müsəlman şurasının bəyanatında bildirilir ki, fransalı şəxsin bu hərəkəti qəbul edilməzdir və Fransada belə hərəkətlərin baş verməsi təssüf doğurur.
Bu hərəkət irqçilik və dini zorakılığa dəvətdir və Fransa dəyərlərinə ziddir. Bu kimi hərəkətlər vətəndaşlar arasında vəhdətin aradan getməsinə səbəb olur. Fransa Müsəlmanlar şurası ötən bir neçə gün ərzində Qurani – Kərimi təhqir edilməsini özündə əks etdirən foto şəkillərin bu şuraya daxil olduğunu bildirib. Şura ölkə müsəlmanlarını ayıq olmağa çağırıb və bu kimi hərəkətlərin qarşısında səbirli olmağa çağırıb. Fransa müsəlmanlar şurası həmin şəxsdən İstrazburq məhkəməsinə şikayət edəcəyini də bildirib.
Qeyd edək ki, İstrazburq məhkməsi Qurana hörmətsizlik edən 30 yaşlı Fransalını mühakimə edəcəyi haqda bəyanat yaymışdı.
669367
captcha