IQNA

Dünya müsəlmanları üçün islami e-mail servisi istifadəyə verilib

12:43 - October 08, 2010
Xəbər sayı: 2008500
Beynəlxalq şöbə: Dünya müsəlmanlarına xidmət göstərmək üçün "bismillah" adı ilə e-mail servisi istifadəyə verilib.
İQNA Quran agentli Ajib saytına istinadən məlumat verir ki, dünyanın tanınmış Yahoo və Google kimi e-mail xidmətləri göstərən servislərlə rəqabət aparmaq üçün yeni islami e-mail xidməti göstərən sayt yaradılıb.
Dünyanın müxtəlif ölkələrində e-mail xidmətindən istifadə edən müsəlmanlar " http://bismillah.com" saytına müraciət edib, istifadəçi adı və parolu əldə edə bilərlər.
Bu saytda spamlardan və təbliğat xarakterli e-maillardan qorunmaq üçün güclü mühafizə sistemi mövcuddur. Bu saytda "İMAP" və "POP" protokollarından istifadə olunur. E-mail istifadəçiləri bu protokollar vasitəsi ilə e-maillarini mobil telefon vasitəsi ilə də izləyə bilər.
670492
captcha