IQNA

BƏƏ-də qadınlar üçün təcvid və Quran əzbər oxuma dərsləri təşkil olunub

23:05 - October 09, 2010
Xəbər sayı: 2009478
Beynəlxalq şöbə: Bu gündən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Əcman şəhərinin Əl-Ətrəcə Quran öyrənmə mərkəzində qadınlar üçün Qurani – Kərim əzbər oxuma və təcvid dərsləri təşkil olunub.
İQNA Quran agentliyinin BƏƏ-nin “Əl-Xəlil” qəzitinə istinadən məlumatına əsasən, Əl-Ətrəcə Quran öyrənmə mərkəzinin mətbuat xidmətinin rəhbəri Məha Əlcuri bildirib ki, Quran dərslərində 623 tələbə qız bir il müddətində Quranın əzbər oxunması və təcvidini öyrənəcəklər.
O əlavə edib ki, dərslərlə yanaşı Quran möcüzələri, Quranın surələrinin tanınması və surələrlə bağlı dastanları da öyrənəcəklər.
670786
captcha