IQNA

Əli Kərimian: İslami KİV-lərin vəzifəsi informasiya müharibəsində düşmənlərlə mübarizə aparmaqdır

15:58 - October 11, 2010
Xəbər sayı: 2010881
Beynəlxalq şöbə: İslami radio-televiziya birliyinin baş katibi Əli Kərimian bildirib ki, bu gün dünyada müsəlmanlara qarşı geniş miqyaslı informasiya müharibəsi aparılır. Bunun müxtəlif nümunələrini Peyğəmbərə (s) hörmətsizlik, məscid və Quranların yandırılmasını göstərmək olar. Bunun üçün islami KİV-lərin borcudur ki, düşmənlərin bu informasiya (yumşaq müharibə) müharibəsinə qarşı ciddi mübarizə aparsınlar.
İQNA Quran agentliyinin İran televiziyasının beynəlxalq konfrans zalından məlumatına əsasən, İslami ölkələrin radio-televiziyalar birliyinin baş asambeleyasının dördüncü iclası Tehranda ötən gün öz işinə başlayıb. Iclasın açılış mərasimində İslami radio-televiziya birliyinin baş katibi Əli Kərimian bildirib ki, Qərb ölkələrinin mətbuatı qərəzli şəkildə müsəlmanların müqavimətlərini terrorizmlə eyni qələmə verirlər və bəzi cahil şəxslərdən isitfadə etməklə şiələr və sünnülər arasında ixtilaf yaratmağa çalışırlar.
O əlavə edib ki, belə bir dönəmdə islam dünyası KİV-lərinin bu hücumların qarşısında mübarizə aparması zəruridir. Kərimyan əlavə edib ki, İslami radio-televiziyalar birliyinin (İRTB) yaradılmasından məqsəd islam dinin ictimaiyyətə düzgün çatdırılması, islami birlik və qardaşlığın gücləndirilməsi , islami KİV-lər blokunun yaradılması, xurafat, ayrı seçkilik və hegemonlarla mübarizə, İmam Xumeyninin (r.ə) məzlumaları müdafiə etmək ideyalarını yerinə yetirməkdir.
O əlavə edib ki, İRTB bütün dinlərin və islami məzhəblərin inanclarına dəyər verəcək. "İRTB-nin üzvlərinin sayını 30 ölkədən 200 üzvə qədər inkişaf etdirəcəyik", -deyə Kərimian deyib.
Oktyabrın 10-da Tehranda İslami ölkələrin radio-televizyalar birliyinin baş asambeleyasının dördüncü iclası öz işinə başlayıb. Bu iclas “haqqı əldə etmək üçün hamı bilikdə” şüarı ilə təşkil olunub. Konfransda “İslami KİV-lərin dünya mətbuatı ilə mübarizədə yerini möhkəmlət” mövzusu müzakirəyə çıxarılıb.
Iclasın açılışında İslami radio-televiziyalar birliyinin baş katibi Əli Kərimyan, İranın Ali rəhbəri Ayətullah Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti, Əfqanıstanın dini rəhbərlərindən Şeyx Asəf Möhsüni kimi şəxsiyyətlər İslam dünyasında KİV-lərin rolunun əhəmiyyəti və mövcud vəziyyəti və eləcə də müsəlmanların mənafeazyinin qorunmasının zəruriliyindən danışıblar. Konfransda ABŞ, Tanzaniya, Fələstin, Livan, Bəhreyn, Kuveyt, Türkiyə, Pakistan, Əfqanıstan, Böyük Britaniya, İraq və İrandan radio və televiziya rəhbərləri iştirak edirlər. Konfrans oktyabrın 12-nə kimi davam edəcək. 672044
captcha