IQNA

İslam ölkələrinin qadın məsələləri üzrə bir-birilə əməkdaşlığına böyük ehtiyac var - Azərbaycanın Dövlət Komitəsinin sədri

12:30 - November 11, 2010
Xəbər sayı: 2029912
Beynəlxalq şöbə: İslam ölkələrinin qadın məsələləri üzrə bir-birilə əməkdaşlığına böyük ehtiyac var. Bunu cümə axşamı Bakıda "İslamda qadın: nailiyyətlər və problemlər" mövzusunda keçirilən "dəyirmi masa"da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri hicran Hüsyenova bildirib.
İQNA Quran agentliyi Trend xəbər agentliyinə istinadən məlumat verir ki, "Azərbaycan və Küveyt ailə, qadın və uşaq məsələlərinə dövlət səviyyəsində diqqət yetirirlər", - Hüseynova əlavə edib.

Küveytin Qadın Məsələləri üzrə Dövlət Komitəsinin Sədri Şeyxə Lətifə Əl-Fəhəd Əl-Sabahın iştirakı ilə Bakıda "İslamda qadın: nailiyyətlər və problemlər" mövzusunda "dəyirmi masa" keçirilib.

Küveytin Qadın Məsələləri üzrə Dövlət Komitəsinin sədri Şeyxə Lətifə Əl-Fəhəd Əl-Sabah Azərbaycan qadınının ictimai-siyasi həyatda rolunu yüksək qiymətləndirib.

"Azərbaycan qadınının ictimai-siyasi həyatda rolunu yüksək qiymətləndirirəm. Azərbaycan qadını ictimai-siyasi həyatda fəal iştirak edir ", - Bakıda çərşənbə günü Trend-ə açıqlamasında Lətifə Əl-Fəhəd Əl-Sabah deyib.

Lətifə Əl-Fəhəd Əl-Sabah "dəyirmi masa"da çıxışı zamanı bildirib ki, Küveytdəki qadınlar ictimai həyatda aktiv iştirak edirlər.

"Küveyt parlamentində 4 qadın deputat var. Gələcək seçkilərdə daha 4 qadın namizədin iştirakı gözlənilir", - Dövlət Komitəsinin sədri deyib.
captcha