IQNA

1:02 - December 07, 2010
Xəbər sayı: 2043482
Quran fəaliyyətləri şöbəsi: Dekabrın sonunda Livan Quran cəmiyyətinin təşəbbüsü ilə hifz, qiraət və təfsir sahələrində on üçüncü dövr Quran yarışları təşkil olunacaq.
İQNA Quran agentliyinin məlumatına əsasən, yarışların keçirilməsindən məqsəd gənc nəslin Quranla ünsiyyətini artırmaq və cəmiyyətdə Quran mədəniyyətini inkişaf etdirməkdir.
Yarış iştirakçıları kişilər üçün təcvid, qadınlar üçün tərtil, beş cüzün hifzi, 10, 20 cüzün və bütöv Quranın hifzi, Yusif (ə) və Nuh (ə) surələrinin təfsiri sahələrində yarışacaqlar. Yarışlar Bəəlbək və Hermel şəhərlərində dekabrın 24-də , Beyrut, Sur və Nəbtiyyə şəhərlərində isə dekabrın 26-də təşkil olunacaq.
Yarışların final mərhələsi yanvar ayının 7-də yerli vaxtla saat 8:30-da Bəəlbək və Hermel , Beyrut, Sur və Nəbtiyyə şəhərlərində eyni vaxtda keçiriləcək. Yarışların bağlanış mərasimin vaxtı sonradan açıqlanacaq. 707432
Ad:
E-poçt:
* Comment:
* captcha: