IQNA

Azərbaycanın təhsil naziri "hicab qadağandır!" dedi

13:47 - December 09, 2010
Xəbər sayı: 2045043
Beynəlxalq şöbə: Azərbaycan Təhsil naziri Misir Mərdanov hicabla bağlı açıq-aşkar qadağanı dilinə gətirib.
İQNA Quran agentliyinin İslam-Azeri.az internet qəzetinə istinadən məlumata əsasən, ANS TV-yə bu barədə müsahibə verən Misir Mərdanov belə deyib: "Təhsil haqqında qanunda belə bir bənd var. Məktəblilər məktəbə müəyyən olunmuş formada gəlməlidir. Məktəblərə qızlar başı bağlı formada getməməlidirlər. Evində, küçədə, digər tədbirlərdə istədiyi formada gedə bilər. Biz qərar qəbul etmişik ki, Azərbaycan dövləti dünyəvi dövlətdir. Azərbaycanda din dövlətdən ayrı fəaliyyət göstərir. Biz belə düşünürük ki, məktəb yaşlı uşağı, yəni 16 yaşa qədər uşaqların başını bağlaması dünyəviliklə bir araya gəlmir. Və onların hicablı məktəbə gəlməsinə qadağa qoymuşuq".
Bu açıqlama "İç xəbər" verilişində efirə çıxıb.

captcha