IQNA

Quran hafizləri yaşadıqları cəmiyyətdə əxlaqları ilə nümunə olmalıdırlar

10:30 - December 13, 2010
Xəbər sayı: 2047117
Beynəlxalq şöbə: Quran hafizləri İslam mədəniyyətinin yayımlanmasında mühüm rol oynamalı və yaşadıqları cəmiyyətdə əxlaqları ilə nümunə olmalıdırlar.
Müsəlman Tələbələrin III Beynəlxalq Quran müsabiqəsində Bosniya və Herzoqovinadan iştirak edən Quran hafizi Sinanəddin Tataroviç İQNA Quran agentliyinə müsahibəsində bildirib ki, mən çalışıram öz tanışlarımın arasında belə bir nümunə olub və onları İslam dinini düzgün başa düsməsinə yardım edim.
Sarayevo Universitetində Ərəb dili üzrə təhsil olan Tataroviç deyib ki, Quran hafizləri Qurandan öyrəndiklərini gündəlik yaşayışlarında əməl etməlidirlər. “Ötən ilin Ramazan ayında Misirdə keçirilən Quran müsabiqəsində bir dəfə iştirak etmişəm, lakin heç bir yer qazanmamışam. Bir dəfədə Avropa ölkələri üzrə keçirilən Quran müsabiqəsində altıncı yerin qalibi olmuşam”, -deyə Tataroviç deyib.
O İranda keçirilən Quran müsabiqələrində ilk dəfə iştirak etdiyini deyib. “Quranı hifz etdikdən sonra hər gün 30 səhifəni oxuyuram ki, əzbərlədiyim surələr yadımdan çıxmasın”, -deyə Tataroviç deyib. 709929
captcha