IQNA

Quran abhavası olan bir mühitdə tələbələr arasında əməkdaşlıq rəqabətdən daha əhəmiyyətlidir – Abbas Səlimi

21:50 - January 04, 2011
Xəbər sayı: 2059034
Quran fəaliyyətləri üzrə şöbə: Fikrimcə müsabiqənin müxtəlif dövrlərində rəqabət aparmaq ikinci dərəcəli bir məsələdir, müxtəlif ölkələrdən olan müsəlman tələbələrin bir-biri ilə əlaqə yaratması, bir-birləri ilə əməkdaşlığı və Quran tilavəti mühitində olmaları çox böyük nemət və nailiyyətdir.
İQNA Quran agentliyinin məlumatına əsasən, İranın Quran xadimlərindən olan Abbas Səlimi Müsəlman Tələbələrin III dövr Beynəlxalq Quran Müsabiqəsində Ali Nəzarət Şurasının üzvidir. Bu müsabiqə öncəsi Abbas Səlimi İQNA-ya açıqlama verib.
İslam ölkələrindən tələbələrin iştirakı ilə beynəlxalq Quran müsabiqəsinin təşkili müxtəlif aspektlərdən təsirli və dəyərli ola bilər. Müsabiqənin nailiyyətlərini əldə etmək üçün lazımdır ki, dəqiq ekspert proqramlaşdırması aparılsın və ümid edirik İran Tələbələr Quran Fəaliyyəti Təşkilatı bu işin öhdəsindən yaxşı gəlib.
Ümid edirəm müsabiqənin gedişində sağlam rəqabətlə yanaşı Allah Kəlamı ilə daha ünsiyyət yaradılsın və tələbələr qiraət və tilavət səviyələrini artırsınlar. 722059
captcha