IQNA

Hindistanda Bəhreyn, Yəmən və Liviya xalqına dəstək mitinqi keçirilib

23:18 - April 05, 2011
Xəbər sayı: 2101192
Siyasi və İctimai şöbə: Hindistanın Lekhono şəhərində müsəlmanlar Bəhreyn, Yəmən və Liviya xalqına dəstək olmaq üçün çox geniş miqyasda mitinq keçiriblər.
İQNA Quran agentliyinin Hindistan şöbəsinin məlumatına əsasən, on minlərlə insane, alimlər və ziyalılar Lekhono şəhərində yerləşən Səadət Əlixan məqbərəsindən Şah Nəcəf hüseyniyyəsinə kimi yürüş keçiriblər.
Mitinqdə Quran oxunuşundan sonra çıxış edən Hindistan Müsəlmanları Komitəsinin sədri (ALL INDIA MUSLIM COMMETE) Eyyub Əşrəf çıxış edib və deyib ki, əgər bütün müsəlmanlar birləşərsə heç bir qrup onlara qarşı zülm edə bilməz.
Daha sonra “İslah” jurnalının baş direktoru Seyyid Məhəmməd Cabir çıxış edərək deyib ki, müsəlmanlar ABŞ və İsrailin çirkin planlarına qurban olmamaq üçün birləşməlidirlər.
Qeyd edək ki, mitinqin sonunda 12 maddəlik qətnamə qiraət olunub və Hindistanın baş nazirinin ofisinə təqdim olunub. 768249
captcha