IQNA

Müsəlmanlar Moskvada məscidlərin sayının artırılmasını tələb ediblər

0:38 - April 21, 2011
Xəbər sayı: 2109403
Beynəlxalq şöbə: Rusiyanın paytaxtı Moskvada 2 milyondan çox müsəlman yaşayır və onların ibadət üçün cəmi dörd məscidi var. Müsəlmanlar bu şəhərdə məscidlərin sayının artırılmasını tələb ediblər.
İQNA Quran agentliyinin “cnb” saytına istinadən məlumatına əsasən, Avropa şəhərləri arasında Moskva müsəlmanların sayına görə birincilər sırasındadır , lakin bu şəhərdə ancaq 4 məscid fəaliyyət göstərir və minlərlə insan cümə namazını məscidin ətrafındakı xiyabanlarda qılır.
Moskva məscidlərinin birinin imamı İldar Ayətəddin bildirib ki, vəziyyət belə davam edərs mümkündür gəlcəkdə müsəlmanlar dini ayinləri yerinə gətirmək üçün kilsələrdən belə istifadə etsinlər.
“Rusiyada müsəlmanları düzgün başa düşmürlər və insanlar düşünür ki, məscidlər terrorçuluq və ifratçılıq nişanəsidir və bu səbəbdən yeni məscidlərin tikilməsinə icazə verilmir”, -deyə Ayətəddin bildirib.
Qeyd edək ki, Rusiyada yaşayan müsəlmanların sayı ilə bağlı dəqiq məlumat yoxdur, lakin rəsmi məlumatlara əsasən, 1 milyon nəfərdən çoxdur və müsəlman təşkilatları ölkədəki müsəlmanların sayını 2 milyon nəfər elan ediblər. 777648

captcha