IQNA

Kərbalada “Bəhreyndə məscidlərin dağıdılmasına etiraz əlaməti olaraq” oturaq aksiya keçirilib

21:09 - April 26, 2011
Xəbər sayı: 2112694
Beynəlxalq şöbə: Kərbəla Dini Elmi Mərkəzində bu gün Bəhreyndə məscidlərin və dini müqəddəs yerlərin Ali Səud və Ali Xəlifə rejimləri tərəfindən dağıdılmasına etiraz əlaməti olaraq oturaq aksiya keçiriblər.
İQNA Quran agentliyinin “Sotul-İraq” sayıtna istinadən məlumatına əsasən, Kərbəlada İmam Musa (ə) Came msəcidinin dini elmi mərkəzində təhsil alan tələbələr Bəhreyn xalqına dəstək məqsədi ilə və bu ölkədə məscidlərin dağıdılmasına etiraz əlaməti olaraq və onu pisləmək məqsədi ilə oturaq aksiya keçiriblər.
İraq şiələrinin mərcələrindən olan Ayətullah Seyyid Məhəmməd Təqi Müdərrisi oturaq aksiya keçirən tələbələr üçün regionda baş verən hadisələr və Bəhreyn xalqına qarşı təzyiqlər haqda danışıb. 781352
captcha