İQNA Quran agentliyinin məlumatına əsasən, İranın Namazın İqaməsi Təşkilatının sədri höccətül-islam Möhsin Qiraəti İslam İnqilabının banisi İmam Xumeyinin vəfatının ildönümü münasibəti ilə Ərak şəhərində yerləşən İmam Xumeyni adına Dini Elmi Mərkəzin tələbələri ilə görüşündə bildirib ki, Quranda Allah-Taala İslam dinin bütün dünyanın yayılacağı vədəsini verib. Allah – Taalanın “bütün dünyaya yayılacaq” vədəsi Quranda üç dəfə təkrar olunub.
Agaye Qiraəti tələbələri məsləhətlərində bildirib ki, İnsan hər bir şeyi öyrənirsə onun vacib, müstəhəb zərurəti və ictimai və fərdi ehtiyacı zərurətinə diqqət etməlidir. Bunun üçün təkamülə çatmaqda mane ola biləcək hər bir məsələdən çəkinməlidir.
O əlavə edib ki, Çində 300 min nəfər Fars dilini bilən tələbələr yetişdirilib. Bu onu göstərir ki, Çinin 70 milyon əhalisi olan İran üçün hansısa proqramları var. lakin təssüflər olsun ki, bizim bir milyarddan çox əhalisi olan Çin üçün heç bir proqramımız yoxdur. Çin dilini bilən bəzi dini təbliğatçılarımız belə yoxdur.
Agaye Qiraəti əlavə edib ki, insanların öz yaşayışlarında zamanı idarəetməyi bacarmalıdırlar.”İnsan ömrü qısadır, ona görə yaşayışın hər bir anından düzgün və faydalı istifadə etmək üçün zamanı idarəetmək vacib və zəruridir”, -deyə höccətül-islam Qiraəti deyib.
Höccətül-islam Qiraəti tələbələri böyük alimlərin çıxışlarından qeydlər aparmağı, nafilə namazları qılmağı, xalis niyyətlə işlər görməyi, müasir texnologiyaları öyrənməyi və həmçinin idman etməyi məsləhət görüb. “Yay fəslində tələbər üçün mütaliə etmək və yeniyetmələrə dini təlimlər verməyin ən əlverişli vaxtıdır”, -deyə Qiraəti deyib. 802595