IQNA

ISESCO-nun savadsızlıqla mübarizə üzrə mükafatı Qvineya Respublikasına verildi

22:03 - June 14, 2011
Xəbər sayı: 2138366
Beynəlxalq şöbə: ISESCO-nun 2010-cu il üçün savadsızlıqla mübarizə aparılması üzrə mükafatı Qvineya Respublikasında qeyri-hökumət təşkilatına verildi.

İQNA Quran agentliyinin “ISESCO” saytına istinadən məlumatına əsasən, Qvineya Respublikasının qadın və uşaqların qorunması və onlarla mədəni iş üzrə qeyri hökumət təşkilatı bu ölkədə qadın və uşaqlar arasında savadsızlığın aradan qaldırılması sahəsində apardığı fəaliyyətlərə görə ISESCO tərəfindən mükafatlandırılıb.
Təşkilat İslam dinin göstərişləri və Quranın hökmlərinə əsasən, əhali arasında maarifləndirmə işləri aparıb və onlara Quran və İslam təlimlərini öyrədib.
Təşkilat həmçinin uşaqlar və savadsız qadınlar üçün Quran və İslam Peyğəmbərinin (s) hədislərini tərcümə edib.
Qeyd edək ki, İSESCO hər il savadsızlıqla mübarizə üzrə Afriqa, Asiya və Ərəb ölkələrindən birinə mükafatlar təqdim edirb. Cari ildə bu mükafat Afriqa qitəsi ölkələri üçün nəzərədə tutulmuşdu. 808341
captcha