İqna Quran Xəbər Agentliyi (İQNA): Pakistanlı parlament nümayəndəsi Nilufər Bəxtiyar, İmam Xomeyni adına müsəlladakı İqna Quran Xəbər Agentliyinin guşəsində İslam ölkələrində müsəlman millətlərin oyanışına işarə edərək deyib: “Aksiyalara qadınların da qoşulması onların millətin taleyinə biganə qalmamalarını göstərir. Bu ölkələrdə qadınların kişilərlə çiyin-çiyinə hərəkatlarda iştirak etmələri müsəlman qadınların həqiqi simalarını açıb göstərir. Fikrimcə bir qadın yaxşı ana olduğu kimi ictimai fəaliyyətlərdə də aktiv rol oynaya bilər.”
Qeyd edək ki, Nilufər Bəxtiyarın səyi nəticəsində Pakistan parlamenti qərar qəbul etdi və bu qərarla indi parlament 1/17 nisbətdə qadınlar nümayəndələrdən ibarətdir. 843618