İqna Quran Xəbər Agentliyi (İQNA): Khaleej Times qəzetinin verdiyi məlumata görə, hal-hazırda müsabiqdə liberiyalı Muhəmməd Diyalu, mavritaniyalı Yusif Əbdürrəhman, mərakeşli Ənvər bu Səlah, somalili Əbdullah Əhməd Hüseyn, özbəkistandan Muhəmmədəli Ahunyanov, kamerundan Saleh Əhməd mübarizə aparırlar.
Xatırladaq ki, Quranın kamil hifzi üzrə müsabiqə avqustun 7-də başlayıb. İrlandiya bu müsabiqələrdə ilk dəfə çıxış edir. Bu ölkədən gələn iştirakçı Quranın kamil hafizi olan 8 yaşlı uşaqdır. 845246