IQNA

Minlərlə amerikalının təşkil etdikləri aksiyalar nəticəsində Wall Street Amerikanın “Təhrir” meydanına çevrilib

13:52 - September 19, 2011
Xəbər sayı: 2189951
Beynəlxalq şöbə: Sentyabrın 17-də minlərlə amerikalının ölkə idarəçiliyinə etiraz olaraq Wall Street-də təşkil etdikləri aksiyalar bu küçəni Amerikanın “Təhrir” meydanına çevirib.
İqna Quran Xəbər Agentliyi (İQNA): AFP Fransa xəbər agentliyinin verdiyi məlumata görə, ölkəni iqitisadi böhrana və sosial ədalətsizliyə sürükləyən sərmayədarlıq və maliyyə qurumlarının son qərarları əhalinin etriazına səbbə olub və onlar bu aksiyaları Nyu Yorkun məşhur Wall Street küçəsində təşkil etmişlər.
Etirazçılardan bəziləri bu nümayişin adını “17 sebtyabr”, bəzləri isə “Amerikanın qəzəb günü” adlandırıblar. Onlardan biri deyib: Liviyada, Əfqanıstanda, İraqda müharibə gedir. Biz ölkə pullarının hara xərcləndiyini yaxşı bilirik.
Onlar bütün gecəni də aksiyanı davam etdirəcəklərini qeyd ediblər, hətta ayın 18-i və 19-u da insanları nümayişlərə dəvət ediblər. 862852
captcha