IQNA

İordaniya Müsəlman Qardaşlar Hərəkatı ölkə rəhbərliyinə xəbərdarlıq etdi

15:51 - September 21, 2011
Xəbər sayı: 2191542
Beynəlxalq şöbə: Müsəlman Qardaşlar Hərəkatının siyasi şöbəsinin məsullarından biri İordaniya kralını Liviyaya istənilən hərbi hərəkət mövzusunda xəbərdar edib.
İqna Quran Xəbər Agentliyi (İQNA): Əl Aləm kanalının verdiyi məlumata görə, İordaniya siyasi hərəkat təşkilatının başçısı bu barədə belə deyib: "İordaniya hərbi güclərinin Amerika və ya NATO tərəfindən təmin edilməsi və ya bu iki tərəfin məqsədlərinə xidmət etməsi xalqın istəyi xaricindədir, çünki xalq Amerika və Qərb əleyhdarıdır. İordaniya əsgəri Amerikanın İslam torpaqlarında başlatdığı döyüşlərə qatılsa, xalqın etibarını itirər və digər müsəlman ölkələr İordaniyaya düşmən kəsilər. Liviya torpaqlarında İordaniya əsgərinin düşmən olaraq görünməsi, bu, İordaniyanın zərərinə olacaq, İordaniya torpaqlarında mənfi təsir yaradar."
Qeyd edək ki, İordaniya Xarici İşlər naziri Nasir Cudə İordaniya təhlükəsizlik güclərinin Liviyanın təhlükəsizlik və sabitliyini təmin etməyə hazır olduğunu bildirmişdi. 863494
captcha