IQNA

Bu gün həmişəkindən daha çox İmam Musa Sədrin rəhbərliyinə ehtiyacımız var

15:54 - September 21, 2011
Xəbər sayı: 2191548
Beynəlxalq şöbə: Livanın İslami Əməl Hərəkatının heyət üzvü Q. Qublan, İmam Sədrin fitnə qarşısında necə mübarizə etdiyinə toxunaraq demişdir ki, bu gün hər zamankından daha çox İmam Sədrin rəhbərliyinə ehtiyacımız var.
İqna Quran Xəbər Agentliyi (İQNA): Elnashra xəbər agentliyinin verdiyi məlumata görə, İslami hərəkat heyətinin üzvü deyib: Livanda fitnə və fəsada qarşı sonuna qədər döyüşən şəxs, şiələrin imamı Musa Sədrin rəhbərliyinə həmişəkindən daha çox ehtiyac duyuruq. Livan İsrail ilə döyüşdə qalib gəldiyi üçün bu gün İsrail hücumlarından ən böyüyünə məruz qalmışdır, ona görə böyük mütəfəkkirlərin fikirlərinə ehtiyacımız var.
O, daha sonra Livan və Ərəb ölkələri arasında yaranan məzhəb ayrılığı mövzusunda xalqı xəbərdar edib: Biz yalnız quracağımız vəhdət və beynəlxalq əlaqələr nəticəsində fitnəni ortadan qaldıra bilərik. 863488
captcha