IQNA

Yəhudilərin Əqsa məscidinə hücumuna fələstinlilər etiraz etdilər

16:05 - September 21, 2011
Xəbər sayı: 2191559
Beynəlxalq şöbə: Siyonist işğalçıları tərəfindən Əqsa məscidinin qapılarının radikal ortodoks yəhudilərinin üzünə açılması fələstinlilərin etirazına səbəb olub.
İqna Quran Xəbər Agentliyi (İQNA): Palestine İnfo xəbər agentliyinin verdiyi məlumata görə, sentyabrın 18-də siyonist işğalçıları tərəfindən Əqsa məscidinin qapılarının radikal ortodoks yəhudilərinin üzünə açılması və gün boyu hərbi qüvvələr tərəfindən müşayiət olunmaları fələstinlilərin etirazına səbəb olub.
Siyonist qüvvələr xarici turistlərə şəhəri göstərmək bəhanəsiylə radikal yəhudiləri müqəddəs məscidə buraxdıqlarını deyiblər. Təhlükəsizlik qüvvələri Əqsa məscidinin ətrafında və məscidə aparan bütün yollarda postlar qoymuşlar ki, bud a fələstinli əhalinin ciddi narazılığına səbəb olmuşdur.
Həmasın siyasi liderləri bəyanat yayaraq bildirmişlər ki, Əqsa məscidinə gedən yolları bağlamaq məscidin İslam qüruruna toxunaraq bu ibadət yerinin yəhudilərə aid olmasını iddia etmək məqsədi daşıyır. Onlar bu bəyanatla insanlardan və digər ölkələrin rəsmi dairələrindən Əqs məscidini qorumaqda səy etmələrini tələb etmişlər. 863714
captcha