İqna Quran Xəbər Agentliyi (İQNA): Qırğızıstanın dini işlərinin məsul şəxsləri və Təhsil Nazirliyi məsullarının da qatıldığı “Təhlükəsizlik Komissiyası və Qanunun Tətbiq olunması” yığıncağında çıxış edən baş nazir Almazbəy Atambəyov dövlətin müsəlman problemləri ilə maraqlanmaq və İslami fəaliyyətlər üçün xüsusi bir büdcə ayırmasının lazım olduğunu deyib.
Xatırladaq ki, Qırğızıstan dövləti ifratçı məzhəblərin qarşısını almaq və həqiqi İslami insanlara çatdırmaq üçün yeni siyasət yürütməkdədir. 863172