İqna Quran Xəbər Agentliyi (İQNA): Express Tribune xəbər agentliyinin verdiyi məlumata görə, bir cildlik Qurani Kərim tərcüməsi iki-üç ay içərisində Səngi-Mil nəşriyyat evi tərəfindən nəşr olunacaq.
Məhəmməd Kazim məqsədinin eyni zamanda müasir, oxunaqlı bir tərcümə ortaya qoymaq olduğunu söyləyib: "Urdu dilində orijinal mətnə yaxın yalnız bir tərcümə var, o da Nəzir Əhmədin tərcüməsidir. Bu tərcümədə də bir çox problemlər, məsələn mötərizə içərisində izahların verilməsi və s. istifadə edilmişdir. Bu da oxunu çətinləşdirir. Mənim tərcüməm sadə və daha axıcı olmaq məqsədi daşıyır.” 865038