IQNA

Moskvada “İslam fəlsəfəsi və fəlsəfi islamşünaslıq” adlı konfrans keçiriləcək

15:14 - October 25, 2011
Xəbər sayı: 2211669
Elm və təfəkkür şöbəsi: İslam araşdırmalar fondu və Rusiya Elmlər Akademiyasının fəlsəfə institunun həmkarlığı ilə aban ayının 6-da Moskvada “İslam fəlsəfəsi və fəlsəfi islamşünaslıq” adlı konfrans keçiriləcək.
İran Quran Xəbər Agentliyi (İQNA): İslam əlaqələr şöbəsinin məlumatına əsasən, bu konfrans 1390-cı il aban ayının 6-da islam arifləri və fəlsəfə elmləri doktorlarının , eləcə də 30-da çox islamşünasın iştirakı ilə keçiriləcək.
Həmçinin dəvət edilən qonaqlar sırasında İtaliyanın Napol şərqşünaslıq universitetinin professoru Karmela Bafiyuni, Tacikistan elmlər Akademiyasının fəlsəfə institunun rəhbəri Musa Dinarşayf da var.
Bundan əlavə İran hikmət və fəlsəfə tədqiqatları müəssisəsinin rəhbəri Höccətülislam vəlmüslimin Abdulhüseyn Xosrov Pənah, fəlsəfə elmləri doktoru Höccətülislam vəlmüslimin Seyyid Yədullah Yəzdan Pənah da bu konfransda iştirak edəcəklər. 885361
captcha