İran Quran Xəbər Agentliyi (İQNA): Avropa məntəqə şöbəsinin məlumatına əsasən, bu otelin rəhbəri Dan Byork bu barədə İsveç radiosuna məlumat verərək dedi: Buz məscidin tikilmə ideyası şirkətin təklifidir və bu addımla din azadlığının olduğunu nümayiş etdirmək əsas məsələlərdəndir.
O əlavə etdi: Buz məscidin tikilişi İsveçin şimalında olan buz otelin cazibəsini daha da artıra bilər.
Byork dedi: Keçən il 84 müxtəlif ölkədən qonaqlarımız var idi. Hal-hazırda şərq ölkələrindən otelə çoxlu turist gəlir. Amma buz məscid tikiləndən sonra bura gələn turistlərin sayının artması güman edilir.
Qeyd olunmalıdır ki, bu məscid hər il qış fəslində yaradılan kilsənin yanında hazırlana bilər. 886097