İran Quran Xəbər Agentliyi (İQNA): İslam mədəni əlaqələr şöbəsinin məlumatına əsasən, Qurani-Kərim və onun 30-cu cüzvünün tərcüməsi , İmam Səccad (ə) hüquq risaləsi, “İran, İslam inqilabından 32 il sonra” adlı kitab, Həzrəti Əli (ə)-ın Malik Əjdərə məktubu bu sərgidə nümayiş etdirilən əsas kitablardandır.
Ötən illərdəki kimi bu il də İran mədəniyyət mərkəzinin 56-cı beynəlxalq Belqrad sərgisində şöbəsi var idi, burada İran İslam Respublikasının əl sənayesi, mədəniyyət braşuraları, film və rəsmləri sərgilənirdi.
Bu sərgidə Serbiyanın dəvəti ilə Əhli-beyt (ə) cəmiyyəti, İslam irşad nazirliyinin rəqəmsal media vasitələri müəssisəsi, Molla Sədra müəssisəsi iştirak edirdi.
56-cı beynəlxalq Belqrad sərgisi cari il aban ayının 2-dən 8-nə kimi fəaliyyət göstərəcək. 889605