IQNA

Mərakeş Qurani-Kərimin qiraəti və əzbərlənməsi zəminində keçirilən 7-ci beynəlxalq müsabiqələrə ev sahibliyi etdi

21:33 - January 02, 2012
Xəbər sayı: 2250078
Beynəlxalq şöbə: “6-cı Məlik Muhəmmədin mükafatı” adlı Qurani-Kərimin qiraəti və əzbərlənməsi zəminində keçirilən 7-ci beynəlxalq müsabiqələr cari il bəhmən ayının 5–dən 7-dək Kazablanka şəhərində keçirilir.

İran Quran Xəbər Agentliyi (İQNA): «atlasinfo» xəbər bürosunun məlumatına əsasən, Mərakeşin dini işlər və vəqf idarəsi elan etdi ki, Qurani-Kərimin qiraəti və əzbərlənməsi zəminində keçirilən 7-ci beynəlxalq müsabiqələr mübarək islam Peyğəmbəri (s) nin mövludu münasibətilə Kazablankada keçiriləcək.
Vəqf idarəsinin bəyannaməsində yazılmışdır: Bu müsabiqələrin açılış mərasimi bəhmən ayının 5-i yerli vaxtla saat 10:30-da müxtəlif ölkə nümayəndələri “Həsən dovvom” məscidində Kazablankada keçiriləcək.
Qeyd olunmalıdır ki, “6-cı Məlik Muhəmmədin mükafatı” adlı Qurani-Kərimin qiraəti və əzbərlənməsi zəminində keçirilən 7-ci beynəlxalq müsabiqələr Vəqf idarəsinin təşəbbüsü ilə keçirildi. Tunis, Liviya, Muritaniya, Misir, Əl-cəzayir, Türkiyə, Suriya, Livan, Fələstin, Küveyt, Pakistan və s. kimi 33 ölkədən gələn gənclər bir-birləri ilə rəqabət aparırdılar. 926114
captcha