IQNA

İraqda işğal vəziyyətinin başa çatması ilə əlaqədar şükr namazı qılındı

22:11 - January 03, 2012
Xəbər sayı: 2250818
Beynəlxalq şöbə: İraqın Amerika işğalçılarından azad olması ilə əlaqədar dey ayının 11-i İraq, Livan və İran İslam Respublikasında şükr namazı qılındı.
İran Quran Xəbər Agentliyi (İQNA): Əl-aləm xəbər bürosunun məlumatına əsasən, dey ayının 11-i Livanın paytaxtı Beyrutda “Qaim (əc)” məscidində, Bağdadın “Bilal Həbəşi” məscidində, Nəcəfül-Əşrəfdə “Əmirəl-möminin (ə) məscidində şam və işa namazlarından sonra şükr namazı qılındı.
Xalq partiyasının baş katibi Məhəmməd Mehdi Rəhimi bu haqda dedi: Amerika işğalçı qüvvvələrin İraqdan çıxması bu ölkə üçün çox yüksək dərəcəli bir fürsət hesab oluna bilər, çünki bu ölkəni möhkəm şiə dövləti kimi tanıtmaq olar.
O əlavə etdi: İraqdan işğalçıların çıxması və zülmün başa çatması, məntəqələrdə islam dirçəliş dalğasının əsasını qoydu. Dünya ölkələri vəhdət yaratmaqla öz ölkələrindən işğalçıları və zülmkarları çıxarmaq qüdrətinə malik olmalıdırlar. 927304
captcha