IQNA

Hakim qüvvənin mühafizəkarlığından Səudiyyə şahzadəsinə tənqid

22:11 - January 05, 2012
Xəbər sayı: 2251839
Beynəlxalq şöbə: Ərəbistan padşahının qardaşı oğlu yenidən bu ölkədə dəyişiklik etmək , xalqa azadlıq vermək üçün hakim qüvvənin mühafizəkarlığını tənqid etdi.
İran Quran Xəbər Agentliyi (İQNA): Əl-aləm telekanalının xəbər bürosunun məlumatına əsasən, Xanım Bismə Binti Səud İngilistanın İndependent qəzetinə müsahibəsində dedi: onun tənqidi bu ölkəni idarə edən bir qrup mühafizəkarlara aiddir.
Bu Səudiyyə Şahzadəsi xatırlatdı: 3 dəfə oğurluq edən yoxsulun əli kəsilən bir ölkədə əgər oğru varlı olsa heç kəsin onunla işi olmayacaq.
Səudiyyə padşahının qardaşı oğlu bildirdi: 15 min nəfər padşah ailəsinin üzvüdürlər ki, onlardan 13 nəfər ən varlı, onlardan 2000 nəfəri isə milyardların sahibidirlər, amma heç kəs öz imtiyaz və varını əldən vermək qorxusundan heç vaxt hökümət əleyhinə bir kəlmə belə deyə bilmirlər.
Bismə Binti Səud bu ölkənin padşahından xalqa azadlıq verməyi tələb etdi. Bu səudiyyə padşahı bundan öncə də dəfələrlə bu ölkədə qadınlar əleyhinə zülmkar təzyiqlərin sona çatmasını istəmişdir. 928820
captcha