IQNA

Dini kitabların xüsusi beynəlxalq sərgisi keçirilir

22:24 - January 05, 2012
Xəbər sayı: 2251849
Ədəbiyyat şöbəsi: Qum nəşriyyatının şöbə müdiri dey ayının 22-dən 27-nə kimi Qumda dini kitabların xüsusi beynəlxalq sərgisinin keçirilməsini xəbər verdi.
İran Quran Xəbər Agentliyi (İQNA): Seyyid Mahmud Hüseyni İQNA-ya müsahibəsində belə dedi: dini kitabların II xüsusi və beynəlxalq sərgisi Qum nəşriyyatları birliyinin təşəbbüsü və İran islam və irşad nazirliyinin həmkarlığı ilə Qumda cari il dey ayının 22-dən 27-nə kimi keçiriləcək.
O, əlavə etdi: Ölkə daxili naşirlərdən əlavə, ərəb və müsəlman ölkələri-Livan, Misir, İraq naşirlərinin kitabları da bu sərgidə iştirak edəcək.
Qum nəşriyyatının şöbə müdiri aydınlıq gətirdi: Bu sərginin bir hissəsində elmi hövzənin kitabları yer alacaq.
O, əlavə etdi: Dini, mədəni, Quran mövzulu kitablar bu II xüsusi-beynəlxalq kitab sərgisində nümayiş etdiriləcək. 929072
captcha