IQNA

Küveytdə keçirilən beynəlxalq Quran müsabiqəsində 50 ölkə iştirak edəcək

9:03 - January 10, 2012
Xəbər sayı: 2254393
Beynəlxalq şöbə: “Küveyt mükafatı” adlı beynəlxalq Quran əzbərləməsi, qiraəti, təcvidi müsabiqələrinin icra komitəsinin rəhbəri burada 50 ölkənin iştirak etməsindən xəbər verir.
İran Quran Xəbər Agentliyi (İQNA): Küveytdə çap olunan “Əl-ənbiya” qəzetinin məlumatına əsasən, “Küveyt mükafatı” adlı beynəlxalq Quran əzbərləməsi, qiraəti, təcvidi müsabiqələrinin icra komitəsinin rəhbəri Abdullah Bərrak dedi: Bu müsabiqələr 1391-ci il fərvərdin ayının 23-dən 30-na kimi Küveyt islam xeyriyyə cəmiyyətində 50 ölkə nümayəndələrinin iştirakı ilə keçiriləcək.
Abdullah Bərrak əlavə etdi: Türkiyənin Qurani-Kərim nəşriyyatı da bu müsabiqələrlə yanaşı sərgilərdə də iştirak edir.
“Küveyt mükafatı” adlı beynəlxalq Quran əzbərləməsi, qiraəti, təcvidi müsabiqələrinin icra komitəsinin rəhbəri müsabiqələrin son iclasında təkliflər irəli sürdü.
Beynəlxalq Qurani-Kərimin əzbərlənməsi, təcvidi, qiraəti müsabiqələri 4 mərhələdə keçiriləcək və bu müsabiqələrin ən yeni hissəsi “İlin ən üstün Quran siması” adlanır. 930939
captcha