IQNA

Beynəlxalq “müsəlman qadın nəşriyyatı” adlı festival başladı

9:05 - January 10, 2012
Xəbər sayı: 2254396
Beynəlxalq şöbə: “Qadın və incə qüdrət və məlumat” mövzusu altında beynəlxalq “müsəlman qadın nəşriyyatı” adlı festival dey ayının 18-i milli kitabxananın sənədlər mərkəzinin binasında işə başladı.
İran Quran Xəbər Agentliyi (İQNA): Bu mərasim İslam mədəni əlaqələr təşkilatının ailə və qadınlar üzrə komitəsinin rəhbəri, beynəlxalq müsəlman qadın nəşriyyatı festivalının təşkilatçısı Siddiqə Hicazinin çıxışı ilə başlandı və davamında islam irşad və mədəniyyət naziri Hüseyni çıxış etdi.
İlk beynəlxalq qadın nəşriyyatı festivalındaa Argentina, Misir, Rusiya, İndoneziya, Sudan, Qırğızıstan, Kuzvu, Tatarıstan, Tayland, İraq, Belçika, Bosniya, Pakistan, Livan, Tacikistan, Qina, Sumali, Suriya, Tunis, Qazaxıstan və Fransa ölkələrinin nümayəndələri iştirak edir.
Bu festivalda “Yeni islam qanunu və zamanın ona təsirləri”, “Hazırki islam dünyası şəraitinin tədqiqi”, “Müasir qərb nəşriyyatlarının fəaliyyətləri”, “İslam və qərb yaşayış tərzlərinə bir baxış”, “islam dünyasının və müsəlmanların son vəziyyətinin araşdırılması” və s. mövzular müzakirə ediləcək. 930949
captcha