IQNA

Amerikanın islam məktəblərində təhsilin keyfiyyəti araşdırılır

9:07 - January 10, 2012
Xəbər sayı: 2254400
Beynəlxalq şöbə: 13-cü islam təhsil qurultayı Şimali Amerika islam mərkəzi (ISNA) tərəfindən Amerikanın İlenyuz əyalətinin Rezmunt şəhərində keçiriləcək.
İran Quran Xəbər Agentliyi (İQNA): «ISNA» xəbər bürosunun məlumatına əsasən, “İslam məktəblərində təhsil” adlanan bu qurultay 1391-ci il fərvərdin ayının 18-dən 20-nə kimi “Vistin Uhar” otelində keçiriləcək.
Bu qurultayda islam təhsilinin üstün keyfiyyətləri, təsirli təlim üsulları, sinif rəhbərliyi, təhsildə yeniliklərdən istifadə, öyrənilənlərin dəyərləndirilməsi, islam məktəblərinin fəaliyyətlərinin nizamlanması, şagirdlərin uğurları və s. mövzularda müzakirələr aparılacaq.
İslam təhsil qurultayı hər il Şimali Amerika islam təşkilatının təşəbbüsü ilə islam təhsilinin keyfiyyətinin artırılması məqsədilə Amerikada keçirilir. 930620
captcha