IQNA

Tayland müsəlman tələbə cəmiyyəti daşqınlara məruz qalmışları himayə edir

9:10 - January 10, 2012
Xəbər sayı: 2254407
Siyasi və ictimai şöbə: Tayland müsəlman tələbə cəmiyyəti bu yaxınlarda təşkil etdiyi “Yaşıl Vətən, yaşıl sülh” adlı qrupu ilə bu ölkənin daşqınlara məruz qalmış insanlarını himayə edir.
İran Quran Xəbər Agentliyi (İQNA): Şərq və cənub-şərqi Asiya məntəqə şöbəsinin məlumatına əsasən, Taylandın müsəlman tələbə cəmiyyəti bu ölkənin bəzi cənub məntəqələrini sel basdığı üçün Yaşıl Vətən və yaşıl sülh deviziyalı qrup təşkil etməklə evləri dağılmış və zədələnmişlərin bərpasına başlamışlar.
Həmçinin, Taylandın mərkəzi müsəlman komitəsi Tayland müsəlman tələbə cəmiyyətinin bu addımını layiqincə qiymətləndirmişdir.
Qeyd olunmalıdır ki, Tayland müsəlman mərkəzi komitəsi evləri dağılmış və zədələnmiş insanlara kömək etmək məqsədilə xalqa müraciət etmişdir. 930436
captcha