İran Quran Xəbər Agentliyi (İQNA): «Palestine Info» xəbər bürosunun məlumatına əsasən bu idarə elan etdi: sionist rejiminin 10 əsgəri bir kəşfiyyatçı məmur ilə birgə dey ayının 18-i Məscidul-Əqsaya daxil oldular. Sionist qüvvələri dəfələrlə Məscidul-Əqsaya yürüş etmişlər, amma bu ilk dəfə idi ki, belə bir tərzdə məscidə daxil olurdular.
Əqsa miras və vəqf idarəsi elan etdi: Bu dəfə çox ciddi bir təhdid idi, bu Məscidul-Əqsa üçün təhlükəli olan çox pis hadisələrdən xəbər verir.
Eləcə də bu rejim Məscidül-Əqsanın ətrafında yəhudilərin yaşadığı şəhərlərdə muzeylər, bağlar tikməklə bu məntəqənin ərəb milliyyətini kamil şəkildə dəyişmək niyyətindədir. 931700