IQNA

Bir yunan xanım islam dini və şiəliyi qəbul etdi

21:03 - January 11, 2012
Xəbər sayı: 2255767
Siyasi və ictimai şöbə: Aspasyakaveki, İran İslam Respublikasının mədəniyyət mərkəzində iştirak edərkən islam dinini və şiəliyi qəbul etdi.
İran Quran Xəbər Agentliyi (İQNA): İslam mədəni əlaqələr şöbəsinin məlumatına əsasən, bu xanımın islam dinini və şiəliyi qəbul etdiyi bu mərasimdə İran İslam Respublikasının Atenadakı səfiri Muhəmmədrza Pakrəvan dedi: Məsumların (ə) imamət və vilayəti bütün insanlara parlaq çıraq kimi yol göstərərək onları səadət, dünya rifahı, axirət səadətini bəxş edir.
Bu mərasimdə islamla əlaqədar və etiqad məsələləri ilə bağlı suallar müzakirə edildikdən və cavablandırıldıqdan sonra Aspasyakaveki Allahın təkliyinə , Peyğəmbərinin Muhəmməd İbn Mustafa (s) olduğuna , vəlisinin Həzrəti Əli İbn Əbitalib (ə) olduğuna şəhadət iman və şəhadət gətirərək özü üçün Nərgiz adını seçdi və islam dinini, şiəliyi qəbul etdi.
Dey ayının 16-sı keçirilmiş bu mərasimin sonunda İran İslam Respublikasının bu ölkədəki səfirliyi tərəfindən yunan dilinə tərcüməsi ilə birgə Qurani-Kərim və həmçinin digər mədəni-incəsənətlə bağlı hədiyyələr ona bağışlandı. 932576
captcha